

Ten Haq Dortmund “Borussiya”sının sükanı arxasına keçə bilər
“Ayaks” və “Mançester Yunayted”in keçmiş çalışdırıcısı Erik ten Haq Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi postuna namizəddir.
“Report” xəbər verir ki, bunu “Sky Sports” telekanalının jurnalisti Florian Plettenberq
Onun sözlərinə görə, “Borussiya”nın türkiyəli baş məşqçisi Nuri Şahin vəzifəsindən uzaqlaşdırıla bilər. Ten Haq isə Dortmund klubunun şura müşaviri Mattias Zammerlə yaxşı münasibətdədir. Niderlandlı mütəxəssis “qara-sarılar”ın 16-cı turda “Bayer 04”ə uduzduğu (2:3) oyununu canlı izləyib.
Qeyd edək ki, Erik Ten Haq 2017-2022-ci illərdə “Ayaks”ın baş məşqçisi olub, Eredivisiyada bir neçə titul qazandıqdan və komandasını 2019-cu ildə Çempionlar Liqasının yarımfinalına çıxardıqdan sonra o, 2022-ci ildə “Mançester Yunayted”ə dəvət olunub və yeni komandası ilə İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku və İngiltərə Superkubokunu qazanıb. İngiltərədə qeyri-stabil nəticələrlə seçilən Ten Haqın karyerasının ən ağrılı anlarından biri 2023-cü ildə “Liverpul”a qarşı 7:0 hesabı ilə məğlubiyyət olub ki, bu da “qırmızı şeytanlar”ın tarixində ən böyük uğursuzluqlardan biri kimi yaddaşlara həkk olunub.
Oxşar xəbərlər
"Mançester Yunayted"in futbolçusu sabiq klubuna qayıdır
“Borussiya Dortmund” doğma meydanda “Bayer Leverkuzen”ə uduzub
ÇL: PSJ və "Porto" növbəti mərhələdə
İngiltərə Liqa Kuboku: “Mançester Yunayted” rəqibinə 7 cavabsız qol vurub
UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 6 görüş keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
