KİV: “Bavariya” Noyeri daha bir mövsüm saxlamaq niyyətindədir
Almaniyanın “Bavariya” klubu qapıçısı və kapitanı Manuel Noyerlə müqavilənin müddətinin uzadılması üzrə danışıqlara başlamağa hazırdır.
“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə bildirib.
Mənbənin məlumatına görə, müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonunadək qüvvədədir.
Dekabrın 3-də Noyer Almaniya Kubokunun 1/8 final mərhələsində “Bayer 04”ə qarşı (0:1) matçda qabırğası sınıb. Bir ay sonra o, komanda ilə məşqlərə qayıdıb.
38 yaşlı Noyer cari mövsümdə münxenlilərin heyətində bütün turnirlərdə 19 matç keçirib, onlardan 12-sində qapısını toxunulmaz saxlayıb. Qapıçı 2011-ci ildən “Bavariya”da çıxış edir. Komanda ilə birlikdə o, 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya Kuboku sahibi və 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Oxşar xəbərlər
“Bavariya”nın kapitanı ciddi zədələnib
"Bavariya" Manuel Noyerlə müqaviləni uzatmaq niyyətindədir
Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
"Bavariya"nın qapıçısı zədəsini sağaldıb
"Bavariya" 36 yaşlı qapıçısı ilə müqaviləni uzada bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
