"Arsenal"ın gənc futbolçusu klubun tarixinə düşüb
sizinxeber.az xəbər saytı

"Arsenal"ın gənc futbolçusu klubun tarixinə düşüb


İngiltərə təmsilçisi "Arsenal"ın gənc futbolçusu İtan Nvaneri "topçular"ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb.

"Sizinxeber.az" İngiltərə Premyer Lqiasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XX turda "Brayton"la matçda (1:1) fərqlənən futbolçu "Arsenal"ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.

O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottinqem Forest"lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan E.Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.

Oxşar xəbərlər

"Arsenal" Premyer Liqanın digər təmsilçisi ilə heç-heçə edib
"Arsenal"ın futbolçusu klubdan ayrılıb
"Arsenal" klubunun futbolçusu zədələnərək sıradan çıxıb
16 yaşlı qapıçı "Arsenal"ın tarixinə düşüb
"Arsenal" Premyer Liqada 2000-ci qələbə qazanan ikinci komanda olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər