Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq
Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu AFFA-nın rəsmi saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AVRO-2025-in püşkünü dəyərləndirərkən deyib.
"Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. Düşünürəm ki, İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır", - deyə 36 yaşlı mütəxəssis vurğulayıb.
Bu rəqiblərlə ilk dəfə qarşılaşacaqlarını bildirən çalışdırıcı Türkiyə millisini xüsusilə fərqləndirib: "İndiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram".
Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin yeni baş məşqçisi: Bu komandada işləmək mənim üçün şərəfdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi Türkiyə klubundan ayrılmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan amputant millisinin rəhbəri Avropa çempionatında arzuolunan rəqibləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












