"Turan Tovuz" klubunun insult keçirən rəsmisi müalicəsini ev şəraitində davam etdirir
"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənov müalicəsini ev şəraitində davam etdirir.
Bu barədə "Report"a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:
"Artıq 3 gündür ki, atam evə buraxılıb. Müalicəsini ev şəraitində alır və həkim nəzarətindədir. Bildiyiniz kimi, sağ əli və nitqində problemlər var. Bununla belə, həkimlər təxminən 1 ay ərzində onun səhhətində böyük irəliləyişin olacağını bildiriblər. Hazırda şüuru yerindədir və hamını tanıya bilir. Müəyyən sözlər var ki, onları söyləməyə çalışır".
İ.Həsənovun oğlu atasının müalicəsində "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin öz dəstəyini göstərdiyini söyləyib:
"Ehtiram müəllimə öz dərin təşəkkürümü bildirirəm. O, tez-tez atamın vəziyyəti ilə maraqlanır və lazımı dəstəyi göstərir".
Qeyd edək ki, İman Həsənov ötən ay insult keçirib.
Oxşar xəbərlər
"Turan Tovuz" klubunun insult keçirən rəsmisi palataya köçürülüb
"Turan Tovuz" klubunun insult keçirən rəsmisinin vəziyyəti nisbətən yaxşılaşıb
"Turan Tovuz"un əməliyyat olunan futbolçusu müalicəsini ev şəraitində davam etdirəcək
"Turan Tovuz" Premyer Liqanın 2025/2026 mövsümündə yeni ad və loqo ilə çıxış edəcək - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
