Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala vəsiqə qazanıb
"Araz-Naxçıvan" klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
"Sizinxeber.az"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda "Mingəçevir"lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.
"Mingəçevir"in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.
"Araz-Naxçıvan" növbəti raundda "Zirə" - "Şamaxı" matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Səbail" 1/4 finala yüksəlib. Günün son oyununda "Sabah" və "Turan Tovuz" klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb
Azərbaycan Kuboku: "Kəpəz" və "Araz-Naxçıvan" 1/8 finala vəsiqə qazanıb
"Araz-Naxçıvan" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Araz-Naxçıvan" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb
Azərbaycan Kuboku: Daha üç komanda 1/8 finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












