Azərbaycan millisi bu həftə məşqlərə başlayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi bu həftə məşqlərə başlayacaq


Azərbaycanın çimərlik futbolu millisi bu həftə məşqlərə başlayacaq.

Bu barədə “Sizinxeber.az”a komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət ediləcəyini vurğulayıb:

“Noyabrın 29-dan etibarən məşqlərə başlayacağıq. Yəqin ki, yeni ildən sonra komandaya gənc futbolçular cəlb ediləcək. Ümumiyyətlə, yeni futbolçulara ehtiyac var. Komandanı kimlərin tərk edəcəyi ilə bağlı hələ qərar verilməyib. Yeni ildən sonra yoldaşlıq görüşü keçirməyi də planlaşdırmışıq”.

Qeyd edək ki, yığma ötən ay İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindən sonra istirahətə buraxılmışdı.

Oxşar xəbərlər

Azərbaycanın çimərlik futbolu millisi bu gün 1/8 final matçına çıxacaq
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
Bu gün Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle