Azərbaycan millisinin sabiq hücumçusu: "İsveçlə heç-heçə bizim üçün böyük nəticə sayılacaq"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin sabiq hücumçusu: "İsveçlə heç-heçə bizim üçün böyük nəticə sayılacaq"


Səfərdə heç-heçə bizim üçün böyük nəticə sayılacaq.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyev deyib.

O, Millətlər Liqasında İsveçə qarşı səfər matçında qələbə qazanmağın çox çətin olduğunu vurğulayıb:

“Estoniyaya iki oyunda qalib gələ bilmədik. Halbuki qarşımızda zəif rəqib var idi. Buna baxmayaraq, qol vurmaqda çətinlik çəkdik. Meydana çıxan futbolçularda istək yox idi. D Liqasına düşəcəyiksə, bu, vəziyyətin nə dərəcədə pis olmasının göstəricisidir. İsveçlə oyunda qələbə qazanmaq çox çətindir. Səfərdə heç-heçə bizim üçün böyük nəticə sayılacaq. Problemlər məlumdur, zəifik, istəksizik”.

Hazırda "Qarabağ"ın U-15 komandasına rəhbərlik edən R.Əliyev yığmanın portuqaliyalı baş məşqçisi Fernandu Santuşun işini qiymətləndirib:

“Onun komandaya hansısa oyun üslubu gətirdiyini görmürəm. Ümumiyyətlə, Santuş gəlməmişdən əvvəl də fikrim bu idi ki, yığmanı gənc, istəkli və müasir futbola daha yaxın yerli məşqçiyə tapşırmaq lazımdır. Neçə illərdir əcnəbi mütəxəssisin rəhbərliyi altında oynamasına baxmayaraq, komanda uğura nail olmayıb. Yerliləri də yoxlamaq olardı, amma əcnəbiyə üstünlük verdilər. D Liqasına yuvarlanmağa yaxın olmağımız elə bunun cavabıdır”.

Qeyd edək ki, İsveç - Azərbaycan matçı Solna şəhərindəki “Stroberri Arena”da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxşar xəbərlər

Vəli Qasımov: “Millimizin Estoniyadan dəfələrlə güclü olduğuna və sabahkı oyunda qələbə qazanacağına əminəm”
Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
Fernandu Santuş: Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm
Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq
Slovakiya yığmasının baş məşqçisi: "Azərbaycan komandası çox yaxşıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər