Azərbaycanlı futbolçunun komanda yoldaşı “Tottenhem”ə keçib
Azərbaycanlı futbolçu Musa Qurbanlının İsveç “Yurqorden”indəki komanda yoldaşı Lukas Berqvall İngiltərə klubu “Tottenhem”ə keçib.
“Sizinxeber.az”un klubun rəsmi saytına istinadən məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi London təmsilçisi ilə 5 illik müqavilə bağlayıb.
İspaniya nəhəngi “Barselona” ilə anlaşan Berqvall kataloniyalıların baş məşqçisi Xavi Ernandesin yayda ayrılacağını açıqlamasından sonra fikrini dəyişib. Razılığa əsasən, isveçli orta sahə oyunçusu mövsümün sonunda “Tottenhem”ə qoşulacaq. Bu transfer “Yurqorden”ə 10 milyon avro qazandıracaq.
Qeyd edək ki, Lukas Berqvall 2023-cü ilin fevralından formasını geyindiyi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Oxşar xəbərlər
Musa Qurbanlının komandası hücumçusunu satıb
Ramil Şeydayevin Türkiyə klubuna qoşulacağı tarix müəyyənləşib
“NTD-İndiqo” amerikalı basketbolçu transfer edib
PSJ prezidenti: Mbappe ilə bütün danışıq aramızda qalacaq
Mahir Emrelinin komandası yeni hücumçu transfer etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













