Musa Qurbanlının komandası hücumçusunu satıb
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi İsveçin “Yurqorden” klubu hücumçusu Noel Milleskoqu satıb.
“Sizinxeber.az”un yerli mətbuata istinadən məlumatına görə, 21 yaşlı forvard karyerasını ölkəsinin digər komandası “Sirius”da keçirəcək.
Stokholm təmsilçisi onu icarəyə vermək istəsə də, futbolçu özü birdəfəlik transfer tələbi ilə çıxış edib. Bu üzdən Milleskoq “Sirius”a satılıb. Bununla bağlı paylaşım edən oyunçu komandası ilə vidalaşıb.
Hazırda “Yurqorden”də 2 mərkəz hücumçusu qalıb. Bunlar Musa Qurbanlı və türkiyəli yeni transfer Dəniz Hümmətdir. Klub Milleskoqa qədər daha 7 futbolçusu ilə yollarını ayırmışdı.
Qeyd edək ki, İsveç yüksək liqasında yeni mövsüm martın 30-da başlayacaq. “Yurqorden” ilk oyununu aprelin 1-də “Göteborq”a qarşı keçirəcək.
Oxşar xəbərlər
Mahir Emrelinin komandası yeni hücumçu transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“NTD-İndiqo” amerikalı basketbolçu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin voleybolçusu Vyetnam klubu ilə vidalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












