Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşüb
Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
"Sizinxeber.az"un məlumatına görə, 44 yaşlı keçmiş yarımmüdafiəçi "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb. O, Ronaldinyoya Azərbaycan millisinin 10 nömrəli formasını hədiyyə edib
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.
Oxşar xəbərlər
Ronaldinyo Bakıya gəldi
Braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib
Ronaldinyo ABŞ klubunun səhmdarı olub
"Sabah"ın hücumçusu yeniyetmə futbolçularla görüşüb
Braziliya vitse-prezidentinin Azərbaycana səfəri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
