
UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları keçiriləcək

UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları keçiriləcək
UEFA Konfrans Liqasının Liqa mərhələsində bu gün III turun oyunları keçiriləcək.
“Report”un məlumatına görə, İtaliyanın “Fiorentina” klubu səfərdə APOEL-in (Kipr) qonağı olacaq.
Türkiyənin “Başakşəhər” komandası Danimarkada “Kopenhagen”lə üz-üzə gələcək. İspaniya təmsilçisi “Betis” isə doğma meydanda Sloveniya “Sele”si ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
III tur
7 noyabr
18:30. “Vikinqur” (İslandiya) - “Borats” (Bosniya və Herseqovina)
21:45. “Gent” (Belçika) - “Omoniya” (Kipr)
21:45. “Legiya” (Polşa) - “Dinamo” (Minsk, Belarus)
21:45. HJK (Finlandiya) - “Olimpiya” (Sloveniya)
21:45. “Şemrok Rovers” (İrlandiya) - TNS (Uels)
21:45. “Petrokub” (Moldova) - “Rapid” (Avstriya)
21:45. TSK (Serbiya) - “Luqano” (İsveçrə)
21:45. Pafos (Kipr) - “Astana” (Qazaxıstan)
00:00. “Çelsi” (İngiltərə) - Noa (Ermənistan)
00:00. “Kopenhagen” (Danimarka) - “Başakşəhər” (Türkiyə)
00:00. LASK (Avstriya) - “Serkl Brügge” (Belçika)
00:00. “Betis” (İspaniya) - “Sele” (Sloveniya)
00:00. “Yurqorden” (İsveç) - “Panatinaikos” (Yunanıstan)
00:00. APOEL (Kipr) - “Fiorentina” (İtaliya)
00:00. “Vitoriya” (Portuqaliya) - “Mlada Boleslav” (Çexiya)
00:00. “Harts” (Şotlandiya) - “Haydenhaym” (Almaniya)
00:00. “Yagelloniya” (Polşa) - “Molde” (Norveç)
00:00. “Larne” (Şimali İrlandiya) - “Sankt-Qallen” (İsveçrə)
Qeyd edək ki, Konfrans Liqasında IV tura noyabrın 27-də start veriləcək.