Türkiyənin futbol komandalarının avrokubok matçlarının hakimləri bəlli olub
Türkiyə təmsilçiləri "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Başakşehir"in avrokuboklarda bu həftə keçirəcəyi matçlar üçün hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Tottenhem" görüşünün referisi Laurens Visser olacaq. Ona Rien Venizer, Tibo Neyssen və Saymon Burdoui (dördüncü hakim) kömək edəcəklər. Adıçəkilən ədalət təmsilçiləri Belçikadandır.
"AZ Alkmaar" - "Fənərbaxça" qarşılaşması şotlandiyalılara tapşırılıb. Baş hakim Con Bitona Daniel Makferlen, Devid Makqiçi və Kalum Skoot (dördüncü hakim) kömək edəcək.
"Beşiktaş" - "Malmö" matçında almaniyalılar iş başında olacaq. Referi kimi Sven Yablonski, laynsnman kimi Lasse Koslovski və Eduard Beytinqer, dördüncü hakim kimi isə Tobias Rişel fəaliyyət göstərəcək.
"Kopenhagen" - "Başakşehir" oyununa niderlandlı hakimlər təyin olunub. Referi Joy Koija Yost van Zuilen, Patrik İnia və Aleks Bos (dördüncü hakim) kömək edəcək.
Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 4-cü turunda "Qalatasaray" evdə "Tottenhem"lə, "Fənərbaxça" səfərdə "AZ Alkmaar"la, "Beşiktaş" öz meydanında "Malmö" ilə üz-üzə gələcək. Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda isə "Başakşehir" "Kopenhagen"in qonağı olacaq.
Oxşar xəbərlər
"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropa Liqasında rəqibləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Beşiktaş" qələbə qazanıb, "Fənərbaxça" xal itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fənərbaxça"-"Qalatasaray" derbisinin baş hakimi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Beşiktaş" və "Fənərbaxça"nın keçmiş baş məşqçisi vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












