“Qarabağ”ın hücumçusu dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb - ARAŞDIRMA
“Qarabağ”ın futbolçusu Olavio Juninyo 2023/2024 mövsümündə milli çempionatlarda vurulan qol sayına görə dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb.
“Report”un araşdırmasına görə, braziliyalı hücumçu Azərbaycan Premyer Liqasında vurduğu 13 qolla bunu reallaşdırıb.
27 forvard hazırda planetin ən məhsuldar oyunçuları arasında 42-58-ci pillələri bölüşdürür. Onunla eyni göstəriciyə malik olanlardan biri də İspaniyanın “Atletiko” klubunda çıxış edən Alvaro Moratadır.
Maraqlıdır ki, Son Hın Min (“Tottenhem”, İngiltərə - 12 qol), Mauro İkardi (“Qalatasaray”, Türkiyə - 12), Antuan Qrizmann (“Atletiko”, İspaniya – 11), Duşan Vlahoviç (“Yuventus”, İtaliya – 11), Olivye Jiru (“Milan”, İtaliya – 10) kimi ulduz futbolçular Juninyodan geri qalırlar.
Cari mövsümün ən məhsuldar oyunçuları Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn və Kambocanın “Svay Rinq” klubunda çıxış edən Markus Haberdir. Hər iki forvardın hesabında 22 qol var. Onları 20 qolla Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında oynayan Kriştianu Ronaldu izləyir.
Qeyd edək ki, Olavio Juninyo bu mövsüm bütün turnirlər daxil olmaqla “Qarabağ”ın heyətində 31 oyunda 16 qol vurub.
Oxşar xəbərlər
ÇL: PSJ və "Porto" növbəti mərhələdə
Top-5 liqalarda ən çox uğurlu driblinq edən futbolçular müəyyənləşib
“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər
Ronaldu anasına doğum günündə avtomobil hədiyyə edib
Çempionlar Liqasının qrup mərhələsində ən çox uğurlu driblinq edən futbolçular açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













