Top-5 liqalarda ən çox uğurlu driblinq edən futbolçular müəyyənləşib
sizinxeber.az xəbər saytı

Top-5 liqalarda ən çox uğurlu driblinq edən futbolçular müəyyənləşib


Avropanın Top-5 liqalarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) 2023-cü ildə ən çox uğurlu driblinq edən futbolçular müəyyənləşib.

“Report” xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” klubunun vingeri Ceremi Doku başçılıq edir.

21 yaşlı belçikalının ötən il ərzində 133 driblinq cəhdi uğurlu alınıb. O, ən yaxın izləyicisi olan Almaniyanın “Bavariya” klubunun üzvü Leroy Saneni (114) 19 driblinq qabaqlayıb. İlk “üçlüy”ü İspaniya təmsilçisi “Atletik”in oyunçusu Niko Uilyams (110) qapayıb.

İspaniya nəhəngi “Real”ın braziliyalıları - Vinisius Junior (106) və Rodriqo (101) müvafiq olaraq 4-5-ci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, ötən ilin yayında “Mançester Siti”yə Fransa “Renn”indən keçən Ceremi Doku cari mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Çempionlar Liqasının qrup mərhələsində ən çox uğurlu driblinq edən futbolçular açıqlanıb
ÇL: PSJ və "Porto" növbəti mərhələdə
Bir təqvim ilində 5 və daha çox kubok qazanan klublar - SİYAHI
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər