“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər
sizinxeber.az xəbər saytı

“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər


Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, konqolu hücumçu Portuqaliyada başqa klubun maraq dairəsinə düşüb.

Qış fasiləsində hücum xəttindəki problemi yoluna qoymağı planlaşdıran “Benfika” 27 yaşlı forvarda “elçi düşüb”. Banza Lissabon təmsilçisi üçün alternativlərdən biridir. Oyunçu hazırda 14 qolla Portuqaliya çempionatında bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.

Oxşar xəbərlər

“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın direktoru: "Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər