“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib
“Neftçi” klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Bakı təmsilçisinin mətbuat xidmətindən “Sizinxeber.az”a verilən məlumata görə, bəzi oyunçular Premyer Liqanın XX turunda “Qəbələ” ilə keçiriləcək görüşü buraxacaqlar.
Doğrudur, bir müddətdir zədədən əziyyət çəkən Qara Qarayev artıq kollektivlə məşqlərə qatılır. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edirlər.
Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək. “Ağ-qaralar” hazırda 29 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıblar.
Oxşar xəbərlər
"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: "Neftçi" darmadağınla mərhələ adlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub edərək üçüncü pilləyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Neftçi”nin baş məşqçisi: “Bir setdə voleybol şanssızlığı ilə üzləşdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












