Azərbaycan Kuboku: "Neftçi" darmadağınla mərhələ adlayıb
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
“Report”un məlumatına görə, raundun son oyununda “Neftçi” meydana çıxıb.
“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda sensasiya baş verməyib. “Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cü dəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski, 80-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər. "Qaradağ Lökbatan"ın heyətində Murad Qayalı 72-ci dəqiqədə avtoqol müəllifi olub.
“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sumqayıt” I Liqa klubunu məğlub edərək 1/4 finala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: Paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: 1/4 finalın bütün cütləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












