Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub edərək üçüncü pilləyə yüksəlib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub edərək üçüncü pilləyə yüksəlib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Əvvəlki matçlarda "Turan Tovuz" "Araz Naxçıvan"ı (3:1), "Sumqayıt" "Səbail"i (1:0), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Sabah” autsayderə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: "Neftçi" darmadağınla mərhələ adlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: ilin son turuna bu gün Qəbələdə start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər