Azərbaycan millisinin müdafiəçisi: “Portuqaliya ilə oyunda daha yaxşısını edə bilərdik"
Düşünürəm ki, daha yaxşısını edə bilərdik.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət yığmasının futbolçusu Fidan Cəfərova Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliyaya qarşı keçirdikləri matçlarla bağlı danışarkən deyib.
19 yaşlı müdafiəçi ani səhvlərdən qapılarında qol gördüklərini söyləyib:
“Rəqibi yetərincə təhlil edmişdik, çox təcrübəli komanda idi. Hədəflərimiz vardı, amma istədiyimiz kimi olmadı. Ani səhvlərdən qapımızda qol gördük. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Gələcəkdə təkrarlamamaq üçün səhvlər üzərində işləyəcəyik. Belə rəqibə qarşı oynamaq bizim üçün çox böyük və maraqlı təcrübə oldu. Komandamız həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazır idi. Düşünürəm ki, daha yaxşısını edə bilərdik. Əlimizdən gələnin ən yaxşısını ortaya qoymağa çalışdıq”.
Qeyd edək ki, Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə qarşılaşan Azərbaycan millisi hər iki oyunda məğlub olaraq (1:4, 0:4) mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı"
Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
