Rafael Varana İtaliya klubunda vəzifə verilib
sizinxeber.az xəbər saytı

Rafael Varana İtaliya klubunda vəzifə verilib


İspaniyanın "Real", İngiltərənin "Mançester Yunayted" klublarının keçmiş müdafiçisi Rafael Varana İtaliya təmsilçisi "Komo"da vəzifə verilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu adını qazanmış 31 yaşlı futbolçu İtaliya klubunun direktorlar şurasına daxil edilib.

Keçmiş müdafiəçinin "Komo"da gənclər futbolu ilə bağlı layihələrlə məşğul olacağı, həmçinin rəqəmsal məhsulların təkmilləşdirilməsi və azarkeşlərlə qarşılıqlı əlaqə məsələlərində kömək edəcəyi bildirilib.

Qeyd edək ki, R.Varan ötən yay azad agent kimi "Komo"ya transfer olunsa da, davamlı zədələr səbəbindən sentyabrda futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Oxşar xəbərlər

Rafael Varan 31 yaşında karyerasını başa vurduğunu açıqlayıb
Fransalı dünya çempionu 31 yaşında karyerasını başa vurub
"Mançester Siti"nin futbolçusu İtaliya klubuna keçib
İtaliya klubunun futbolçusu 10 oyunluq diskvalifkasiya olunub
"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər