Portuqaliya millisinin keçmiş futbolçusu oğurlanmış formasını avtoqraf verərkən tapıb
İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya millisinin keçmiş futbolçusu Nani oğurlanmış formasını azarkeşə avtoqraf verərəkən tapıb.
"Sizinxeber.az"un BBC-yə istinadən məlumatına görə, azarkeşlərdən biri "Eştrela"nın məşqindən sonra Naniyə yaxınlaşaraq avtoqraf verməsini xahiş edib.
Futbolçu imza atmaq üçün təqdim olunan köynəyi görəndə, onun oğurlandığını iddia edib. Azarkeş 37 yaşlı futbolçunun 2016-cı ildə Avropa çempionluğu zamanı geyindiyi formanı elan saytından satın aldığını deyib. Nani isə bunun şəxsi forması olduğunu və bir müddət öncə oğurlandığını söyləyib.
Zərərçəkmiş köynəyi geri qaytarmaq və ya heç olmasa, ona xərclənən pulu geri almaq məqsədilə polisə müraciət edib. Həmçinin satıcıdan polisə ifadə verməsini tələb edib.
Qeyd edək ki, Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu olan Nani yığmada meydana çıxdığı 112 oyunda 23 qolla yadda qalıb.
Oxşar xəbərlər
Portuqaliya millisinin və "Fənərbağça"nın sabiq futbolçusunun yeni klubu bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliya millisinin üzvü karyerasını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya millisinin keçmiş futbolçusu bir il ərzində 100 dəfə cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
A Seriyası klubu Portuqaliya millisinin qapıçısını transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












