İspaniyalı futbolçu “Qarabağ”la vidalaşıb: “Mənim üçün ən yaxşı dövr deyildi”
İspaniyalı futbolçu Qaspar Panadero “Qarabağ”la vidalaşıb.
“Sizinxeber.az” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
O, klub rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib: “Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı gəldi. İlk növbədə layihədə mənə etibar etdiyi üçün kluba təşəkkürümü bildirirəm. Formanızı geyinmək şərəfdir. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm”.
Ağdam klubu ilə müqaviləsinə xitam verilən hücumameyilli oyunçu az şans qazandığını deyib: “Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim. Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, “Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin voleybolçusu Vyetnam klubu ilə vidalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” həndbol klubunun baş məşqçisi: “Çempionatda 3 komanda eyni səviyyədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Andrey Lunyov: “Ünsiyyət baxımından “Qarabağ” “Bayer”dən daha rahatdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












