UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək
sizinxeber.az xəbər saytı

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək


Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiyanı qəbul edəcək.

"Sizinxeber.az" xəbər verir ki, C Liqasının 1-ci qrupunun oyunu saat 20:00-da başlayacaq.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edəcək. Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

IV tur

Azərbaycan - Slovakiya

Baş hakim: Roxit Saqqi (Norveç).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniya ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Millətlər Liqası: Türkiyə yığması Monteneqronu qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Millətlər Liqası: Azərbaycan-Slovakiya matçının hakimləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Millətlər Liqası: Bu gün 8 oyun keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər