“Liverpul” məğlubiyyətsizlik seriyasını altıya çatdırıb
İngiltərə kubokunun 1/32 finalında “Liverpul” Londonun “Arsenal” klubunu 2:0 hesabı ilə məğlub edib.
“Sizinxeber.az” xəbər verir ki, görüş “Emireyts” stadionunda baş tutub.
Matçın 80-ci dəqiqəsində “Arsenal”ın polşalı müdafiəçisi Yakub Kivior avtoqola imza atıb. İkinci hissəyə əlavə olunan 5-ci dəqiqədə “Liverpul”un kolumbiyalı hücumçusu Luis Dias fərqlənib.
“Liverpul”un növbəti mərhələdəki rəqibi daha sonra müəyyənləşəcək.
“Arsenal” ardıcıl üçüncü dəfə məğlub olub. Bundan əvvəl Mikel Artetanın komandası İngiltərə çempionatında iki London derbisində məğlub olmuşdu – “Fulhem” (1:2) və “Vest Hem” (0:2).
“Liverpul” isə bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını altı matça çatdırıb.
“Arsenal” ağ formada çıxış edib. Futbolçular gənclərin zorakılığına, eləcə də bıçaqdan istifadə edilən cinayətlərə qarşı “No More Red” kampaniyasına dəstək veriblər.
Oxşar xəbərlər
EFL kuboku: Son yarımfinalçı “Liverpul” oldu
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub
“Sumqayıt” I Liqa klubunu məğlub edərək 1/4 finala yüksəlib
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












