“Sumqayıt” I Liqa klubunu məğlub edərək 1/4 finala yüksəlib
sizinxeber.az xəbər saytı

“Sumqayıt” I Liqa klubunu məğlub edərək 1/4 finala yüksəlib


Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci görüşü Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası I Liqada mübarizə aparan “Karvan”la üz-üzə gəlib. Samir Abasovun kollektivi aşağı dəstə təmsilçisi ilə matçda sensasiyaya imkan verməyib. “Gənclik şəhəri” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

1/4 finala yüksələn “Sumqayıt”ın bu mərhələdəki rəqibi “Neftçi” – “Qaradağ Lökbatan” cütünün qalibi olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 2024-cü il yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Neftçi" darmadağınla mərhələ adlayıb
Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb
Azərbaycan Kuboku: 1/4 finalın bütün cütləri müəyyənləşib
Azərbaycan Kuboku: Paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcək
Azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər