“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq
“Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçiriləcək oyunları buraxacaq.
“Report” xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kolumbiyalı müdafiəçi 4 aylıq sıradan çıxıb: “Medina fevrala hazır olmayacaq. Əməliyyatdan sonra bizə məlumat verdilər ki, təxminən 4 ay olmayacaq. Mütləq onun yerinə transfer edəcəyik kimi hədəf qoymamışıq. Amma yaxşı oyunçu olarsa, “yox” demərik. Bəzən elə variant olur ki, onu əldən buraxmaq istəmirik”.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
Oxşar xəbərlər
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”
"Qarabağ"ın direktoru: "Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik"
İsveç klubuna qarşı oynamış futbolçu: “Qarabağ” “Hakken”i məğlub edəcək gücdədir”
Avropa Liqası: “Hakken” - “Qarabağ” oyunu başlayıb
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













