Kevin De Bruyne üçüncü dəfə ilin ən yaxşı pleymeykeri seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.
“Sizinxeber.az”un IFFHS-nin rəsmi saytına istinadən məlumatına görə, İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne üçüncü dəfə reytinqdə birinci olub.
181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.
5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.
| Futbolçu | Ölkəsi | Klubu | Xal | |
| 1 | Kevin De Bruyne | Belçika | “Mançester Siti” (İngiltərə) | 181 |
| 2 | Lionel Messi | Argentina | “İnter Mayami” (ABŞ) | 100 |
| 3 | Bernardo Silva | Portuqaliya | “Mançester Siti” (İngiltərə) | 78 |
| 4 | Cud Bellinqem | İngiltərə | “Real” (İspaniya) | 70 |
| 5 | Martin Edeqor | Norveç | “Arsenal” (İngiltərə) | 18 |
| 6 | Camal Musiala | Almaniya | “Bavariya” (Almaniya) | 17 |
| 7 | Toni Kroos | Almaniya | “Real” (İspaniya) | 15 |
| 8 | Pedri | İspaniya | “Barselona” (İspaniya) | 12 |
| 9 | Federiko Valverde | Uruqvay | “Real” (İspaniya) | 11 |
| 10 | Bruno Fernandeş | Portuqaliya | “Mançester Yunayted” (İngiltərə) | 10 |
Oxşar xəbərlər
Dünyada ilin ən yaxşı qapıçısı açıqlanıb
“Mançester Siti” 2023-cü ili qələbə ilə başa vurdu - VİDEO
ÇL: PSJ və "Porto" növbəti mərhələdə
ÇL: "Bavariya" və "Real"dan növbəti qələbə
Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri bölüşdürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













