"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar"
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar"


"Futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar. Ümid edirik ki, tez bir zamanda stadionumuz təmir olunacaq, biz də doğma arenamızda azarkeşlərimizi sevindirəcəyik".

"Sizinxeber.az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının VIII turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Tovuz səfərindən sonra məşq keçmək üçün elə çox vaxtımız olmadı. Həmin səfərdə oyunumuz ağır oldu. Futbolçular bərpa prosesi də istənilən kimi keçmədilər. Ümidverici məqam odur ki, komanda müsbət siqnallar verir. Məşq prosesində etdiklərimizi meydanda göstərə bilir. Qələbə qazandıq, amma daha yaxşı olmaq üçün çox çalışmalıyıq. Naxçıvanda oynamaqla bağlı tez-tez suallar verilir. Mənim səlahiyyətimdə olan məsələ deyil. Burdan muxtar respublika rəhbərliyinə səslənirəm ki, komandanın Naxçıvana qayıtması üçün bizə kömək etsin. Əlbəttə, futbolçular da istəyir ki, azarkeşlər önündə oynasınlar. Ümid edirik ki, tez bir zamanda stadionumuz təmir olunacaq, biz də doğma arenamızda azarkeşlərimizi sevindirəcəyik. Həftəlik proqramımızı elə qurmuşuq ki, komanda hər dəfə qarşıdakı oyunu düşünsün. Seleksiya aparan zaman da tanıdığım futbolçuları dəvət etmişəm. Ümumi götürdükdə, tam istədiyim komanda deyil. Daha rəngarəng oynaya bilərik".

Qeyd edək ki, ölkə çempionatının V turunda "Araz-Naxçıvan" "Səbail"ə 3:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan"ın məşqçisi: Avrokubok zonasına düşə bilsək, şad olarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan"ın baş məşqçisi: Bu gün daha sürətli oynadıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sumqayıt"ın baş məşqçisi: Yeni transferlər uyğunlaşma problemləri yaşayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər