“Kəpəz” rəsmisi: “Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf Premyer Liqada qalmaqdır” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
dek
2023
19:10

“Kəpəz” rəsmisi: “Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf Premyer Liqada qalmaqdır”

28 dek, 2023
19:10
724

“Kəpəz” rəsmisi: “Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf Premyer Liqada qalmaqdır”

“Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf komandanı Premyer Liqada saxlamaqdır. İkinci bir məqsəd yoxdur”.

Bunu “Sizinxeber.az”a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Klub rəsmisi 2023/2024 mövsümünün ilk yarısındakı nəticələrin ürəkaçan olmadığını etiraf edib: “Komandamızın ilk yarıda həm yaxşı, həm də pis oyunları oldu. Təbii ki, uğursuz matçlar çoxluq təşkil etdi. Gözləmədiyimiz xal itkiləri ilə üzləşdik. Halbuki həmin görüşlərdə daha diqqətli olub, sərfəli nəticələr qazana bilərdik. Mövsüm komandamız üçün çox ağır keçir. Nəzərə alaq ki, büdcəsi kasad, heç bir sponsoru olmayan “Kəpəz” rəqabəti güclü olan çempionatda mübarizə aparır. Digər komandaların heyətləri kifayət qədər genişdir və güclənməkdə də davam edirlər”.

İlqar Nadiri elitada qalmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib: “Hazırda turnir cədvəlinin 9-cu pilləsindəyik və bizdən bir addım yuxarıda olan rəqibə çatmaq barədə düşünürük. Bütün oyunlara döyüş ruhunda çıxırıq ki, mümkün qədər çox xal toplayaq”.

Qeyd edək ki, 18 turdan sonra hesabında 14 xal olan “Kəpəz” 8-ci pillədəki “Sabah”dan 8 xal geri qalır.

Bizimlə əlaqə saxlayın