Premyer Liqa: “Sabah” autsayderə məğlub olub
Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
“Report”un məlumatına görə, 2023-cü ilin son turunun ilk oyunu Qəbələdə keçirilib.
Şəhərin eyni adlı komandası “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən Bakı klubu autsayderə qarşı səfər görüşündə də məğlub olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Murad Musayevin 45+2-ci dəqiqədə başla vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. Qonaqların heyətində Anatoli Nuriyev ikinci hissədə penaltini qola çevirə bilməyib.
Bununla da sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də keçiriləcək.
Oxşar xəbərlər
“Qəbələ” 27 aydır “Sabah”a qalib gələ bilmir - ARAŞDIRMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: ilin son turuna bu gün Qəbələdə start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Qarabağ” “Neftçi”yə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












