"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb
sizinxeber.az xəbər saytı

"Qızıl top" mükafatını alacaq futbolçunun adı açıqlanıb


“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçu bəlli olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat yayıb.

Mükafat İspaniyanın "Real" klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.

24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb.

Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə təqdim olunacaq.

Oxşar xəbərlər

Vinisius Junior Səudiyyə Ərəbistanından gələn təklif barədə düşünmək üçün vaxt istəyib
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçu üçün "Real"a bir milyard avro ödəməyə hazırdır
Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub
Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər