sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Barselona"nın sabiq kapitanı İtaliya klubuna keçə bilər
İspaniyanın "Barselona" klubunun sabiq kapitanı Serxi Roberto İtaliya təmsilçisi "Fiorentina"ya keçə bilər.
"Sizinxeber.az" "Relevo"ya istinadən xəbər verir ki, Florensiya klubu 32 yaşlı futbolçunu azad agent kimi transfer etmək niyyətindədir.
Roberto Kataloniya təmsilçisində keçirdiyi 13 mövsümdən sonra komandadan ayrılıb.
O, yeddi dəfə La Liqanın, altı dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub.
Bununla yanaşı müdafiəçi "Barselona"nın heyətində iki dəfə Çempionlar Liqası, UEFA Superkubokunu və klublararası dünya çempionatını da qazanıb.
Qeyd edək ki, oyunçu "Barselona" forması ilə 373 oyunda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər
"Barselona" ispaniyalı futbolçunun transferini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
