UEFA Avropa Liqası: “Aston və “Frayburq" finala vəsiqə qazanıb
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqası: “Aston və “Frayburq" finala vəsiqə qazanıb


Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

“Aston Villa” öz meydanında “Nottingham Forest”lə qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan ev sahibləri bu dəfə azarkeşlərini sevindirə bilib. Unai Emerinin komandası rəqibini 4 cavabsız qolla darmadağın edərək finala yüksəlib.

Digər görüşdə isə “Frayburq” “Braqa” üzərində 3:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi
Cavab oyunları

23:00. "Aston Villa" - "Nottingem Forest" 4:0

(İlk oyun 1:2)

23:00. "Frayburq" - "Braqa" 3:1

(İlk oyun 0:1)

Oxşar xəbərlər

Avropa Liqası: yarımfinalın ilk oyunları keçirildi
Avropa Liqası: yarımfinalın ilk oyunları başlayır
Avropa liqası: Bu gecə finalçılar bəlli olur
UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər