Emin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"


Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır.

"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunu barədə danışıb:

"Maraqlı və gərgin mübarizənin şahidi olduq. Dostluq qalib gəlsin deyə, tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir".

Qeyd edək ki, nazir "Hökumət" komandasının heyətində çıxış edib. Onun komandası "Parlament" kollektivi ilə 6:6 hesablı heç-heçəyə razılaşıb.

Oxşar xəbərlər

GİN rəsmisi: "Turniri təşkil etməkdə məqsəd sağlam həyat tərzinə, idmana olan həvəsi artırmaqdır"
Polşa Minifutbol Federasiyasının prezidenti Bakıdakı qonaqpərvərliyə heyran qalıb
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib
Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər