Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib


Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

18-ci dəqiqədə Dioqo Kardozu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıb. Naxçıvan klubu 40 xalla altıncı yerdədir.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "İmişli" səfərdə "Qəbələ"ni məğlub edib
Premyer Liqa: Turun son oyununda "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
Premyer Liqa: "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"a qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər