Premyer Liqa: "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"a qalib gəlib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"a qalib gəlib


Misli Premyer Liqasının XXVIII turunda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib.

"Report" xəbər verir ki, Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İbrahima Vadji 71-ci dəqiqədə hesabı açıb. 82-ci və 90+2-ci dəqiqələrdə isə Joarlem Santos fərqlənib.

Tovuz klubu 55 xalla üçüncü, Naxçıvan təmsilçisi 39 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş "Zirə" İdman Kompleksinin stadionunda, saat 19:30-da başlayacaq. Rəqibindən bir oyun az keçirən "ağ-qaralar" 43 xalla beşinci, meydan sahibləri 44 xalla dördüncüdür.

Tura aprelin 19-da yekun vurulacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la, "Neftçi" "Zirə" ilə üz-üzə gələcək
"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün üç matç keçiriləcək
Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la heç-heçə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər