Antonio Rudiger "Real"la müqavilə müddətini uzatmağa yaxındır
sizinxeber.az xəbər saytı

Antonio Rudiger "Real"la müqavilə müddətini uzatmağa yaxındır


Antonio Rudiger "Real" ilə müqavilə müddətini yeniləməyə yaxındır.

"Report" "Diario AS"a istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı müdafiəçinin sadiqliyini və 2025/2026 mövsümündə müdafiə xəttinə gətirdiyi sabitliyi yüksək qiymətləndirib.

Bu səbəbdən Madrid təmsilçisi almaniyalı futbolçu ilə yeni - 1 illik müqavilə imzalamaq niyyətindədir. Futbolçu komandanın son 10 oyununun 8-də start heyətində yer alıb.

Qeyd edək ki, A.Rudiger 2022-ci ilin iyulundan "Real"da çıxış edir və hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir. Cari mövsümdə 19 matçda 1 qol vuran futbolçunun transfer dəyəri 9 milyon avrodur.

Oxşar xəbərlər

"Real" yayda müdafiəçisi ilə müqavilənin müddətini uzada bilər
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
"Real" Kurtua ilə müqavilənin müddətini uzadacaq
"Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq
"Real" qapıçısı ilə müqavilə müddətini uzatmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər