Erlinq Holann yeni dünya şahmat çempionatına investor olub
sizinxeber.az xəbər saytı

Erlinq Holann yeni dünya şahmat çempionatına investor olub


Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann yeni dünya şahmat çempionatına investor olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

2025-ci ilin oktyabrında FIDE və "Norway Chess" yeni dünya çempionatının yaradıldığını elan ediblər. Turnir üç növ üzrə qalibləri müəyyən edəcək: klassik şahmat, rapid və blits. 2026-cı ilin payızında turnir pilot formatda keçiriləcək, ilk tam miqyaslı çempionat isə 2027-ci ilə planlaşdırılır. Yarışın ümumi mükafat fondu 2,7 milyon ABŞ dolları təşkil edəcək.

Məlumatda qeyd olunur ki, Holann biznesmen Morten Borqe ilə birgə "Chess Mates" şirkətini təsis edib və bu şirkət Norway Chess turnirinin rəsmi sahibi olacaq.

FIDE-nin rəhbəri Arkadiy Dvorkoviç isə Holannın layihədə iştirakını "şahmatın mədəni əhəmiyyətinə verilən siqnal" olaraq qiymətləndirib.

Oxşar xəbərlər

FIDE prezidenti: "Şahmat Azərbaycanda inkişaf edib"
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Bu il sürətli şahmat və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək
Rapid və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək
Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər