UEFA Avropa Liqası: 1/4 finala yüksələcək bütün komandalar müəyyənləşir
UEFA Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar müəyyənləşəcək.
"Report"un məlumatına görə, 1/8 final mərhələsində 7 qarşılaşma baş tutacaq.
Almaniyada "Frayburq" Belçikanın "Genk" klubunu, Fransada "Lion" İspaniyanın "Selta" komandasını, Danimarkada isə "Midtyullann" İngiltərə təmsilçisi "Nottinqem Forest"i qəbul edəcək.
İtaliyada "Roma" və "Bolonya" komandaları üz-üzə gələcək. Digər matçlarda isə "Betis" "Panatinaikos"la, "Portu" "Ştutqart"la, "Aston Villa" isə "Lill"lə qarşılaşacaq.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
19 mart
21:45. "Frayburq" (Almaniya) – "Genk" (Belçika)
İlk oyun – 0:1
21:45. "Lion" (Fransa) – "Selta" (İspaniya)
İlk oyun – 1:1
21:45. "Midtyullann" (Danimarka) – "Nottinqem Forest" (İngiltərə)
İlk oyun – 1:0
00:00. "Betis" (İspaniya) – "Panatinaikos" (Yunanıstan)
İlk oyun – 0:1
00:00. "Portu" (Portuqaliya) – "Ştutqart" (Almaniya)
İlk oyun – 2:1
00:00. "Roma" (İtaliya) – "Bolonya" (İtaliya)
İlk oyun – 1:1
00:00. "Aston Villa" (İngiltərə) – "Lill" (Fransa)
İlk oyun – 1:0
Qeyd edək ki, ötən gün baş tutan matçda Portuqaliyanın "Braqa" klubu Macarıstan təmsilçisi "Ferentsvaroş"u iki oyunun nəticəsinə (0:2, 4:0) üstələyərək 1/4 finala yüksəlib.
Oxşar xəbərlər
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
