AFFA prezidenti: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqəni təmin edəcəyinə inanıram" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
avq
2025
09:30

AFFA prezidenti: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqəni təmin edəcəyinə inanıram"

20 avq, 2025
09:30
457

AFFA prezidenti: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqəni təmin edəcəyinə inanıram"

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcəyinə inanır.

"Sizinxeber.az" xəbər verir ki, milli assosiasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.

"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ”, - deyə qurumun prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan çempionu səfərdə gerçəkləşən qarşılaşmada rəqibini 3:1 hesabı ilə üstələyib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Bizimlə əlaqə saxlayın