İngiltərə klubu kapitanını sata bilər
sizinxeber.az xəbər saytı

İngiltərə klubu kapitanını sata bilər


İngiltərənin "Kristal Pelas" klubu kapitanı Mark Qehini bu yay sata bilər.

"Sizinxeber.az" ESPN-ə istinadən xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Stiv Periş bildirib.

İngiltərə millisinin 25 yaşlı üzvünün Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, 2021-ci ilin yayından "Kristal Pelas"da çıxış edən müdafiəçi 2024/2025 mövsümündə meydana çıxdığı 44 matçda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" M.Qehinin dəyərini 45 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

İngiltərə klubu "İnter"in müdafiəçisi üçün 30 milyon avro ödəməyə hazırdır
"Çelsi" "Kristal Pelas"ın müdafiəçisi ilə maraqlanır
İngiltərə klubu 21 yaşlı futbolçusuna 120 milyon avro qiymət təyin edib
"Kristal Pelas"ın yarımmüdafiəçisi karyerasını İngiltərənin digər klubunda davam etdirə bilər
"Çelsi" müdafiəçisinin icarə müqaviləsini vaxtından əvvəl dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər