Ronaldo “Rio Ave” ilə yoldaşlıq oyununda het-trik edib
sizinxeber.az xəbər saytı

Ronaldo “Rio Ave” ilə yoldaşlıq oyununda het-trik edib


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq oyununda het-trik edib.

"Sizinxeber.az"un məlumatına görə, portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib.

Penalti ilə 3-cü qola imza atan Ronaldo daha sonra əvəzlənib.

Qeyd edək ki, Ronaldonun bu mövsüm ərzində iki yoldaşlıq görüşündə 4 qolu var. Bundan əvvəl o, iyulun 30-da Fransanın “Tuluza” komandası ilə yoldaşlıq görüşündə (2:1) qol vurub.

"Əl-Nəsr" - "Rio Ave" matçı 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Məhəmməd Simakan açıb.

Oxşar xəbərlər

Kriştiano Ronaldo 900-cü qolunu vurub
Ronaldo gələcəyinə aydınlıq gətirib
Ronaldo "Əl-Nasr" futbol klubu ilə müqaviləni uzadacaq
Azərbaycan millisi yoldaşlıq oyununda Rusiya ilə qarşılaşıb
Ronaldo Joau Feliksin "Əl-Nəsr"ə transferinə təsir edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər