Konfrans Liqası: Azərbaycan klubları bu gün III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər
"Sabah" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.
"Sizinxeber.az"un məlumatına görə, Naxçıvan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Görüşün baş hakimi çexiyalı Andrjey Berka olacaq.
"Araz-Naxçıvan" əvvəlki raundda Yunanıstanın "Aris", "Omoniya" isə Gürcüstanın "Torpedo" (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
"Sabah" isə Bolqarıstanda "Levski" (Sofiya) klubunun qonağı olacaq. Georgi Asparuxov adına stadionda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı xorvatiyalı Duye Strukan idarə edəcək.
Bakı təmsilçisi əvvəlki mərhələdə Moldovanın "Petrokub" klubunu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın "Braqa" kollektivinə uduzub. Cütün qalibi növbəti raundda AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları avqustun 14-də keçiriləcək.


width="220" alt=""Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq" />
width="220" alt="UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər" />
width="220" alt="Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib" />
width="220" alt=""Araz-Naxçıvan" - "Omoniya" oyununu çexiyalı hakimlər idarə edəcəklər" />
width="220" alt="UEFA Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />