Çempionlar Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri dəqiqləşib
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri dəqiqləşib.
Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Lüdoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
Hər iki komanda "Qarabağ" üçün tanışdır. Belə ki, Azərbaycan təmsilçisi 2024/25 mövsümünün Çempionlar Liqasının III təsnifat mərhələsində "Lüdoqorets"lə qarşılaşıb. "Köhlən atlar" iki oyunun nəticəsinə görə rəqibini 8:4 hesabı ilə mübarizədən kənarlaşdırıb.
2023/24 mövsümündə ağdamlılar Avropanın ən nüfuzlu klub yarışının eyni mərhələsində "Ferentvaroş"la üz-üzə gəlib. Komandamız burada da mərhələni keçən tərəf olub - 4:2.
Qeyd edək ki, bu mərhələnin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli olub
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub
Konfrans Liqası: Azərbaycan təmsilçilərinin potensial rəqibləri bilinib
ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
