"Beşiktaş" futbolçusunun Rusiya klubuna transferindən 27 milyon avro qazanıb
sizinxeber.az xəbər saytı

"Beşiktaş" futbolçusunun Rusiya klubuna transferindən 27 milyon avro qazanıb


Türkiyənin "Beşiktaş" klubu futbolçusu Jedson Fernandeşin Moskva "Spartak"ına transferindən 27 milyon avro qazanıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin texniki direktoru Eduard Qraf bildirib.

Daha əvvəl 26 yaşlı oyunçunun transferi üçün Rusiya klubunun 25 milyon avro ödəyəcəyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, J.Fernandeş ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 49 matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" onun dəyərini 18 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Çelsi" 19 yaşlı futbolçuya görə Niderland klubuna 40 milyon avro ödəyəcək
Bundesliqa klubu hücumçusu üçün 100 milyon avro tələb edir
İspaniya klubu "Mançester Siti"nin futbolçusu üçün 75 milyon avro təklif edib
"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib
"Liverpul" PSJ-nin futbolçusu üçün 65 milyon avro ödəməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər