Azərbaycanlı mütəxəssis: “Sabah” Moldova klubunu birmənalı şəkildə keçməlidir”
sizinxeber.az xəbər saytı

Azərbaycanlı mütəxəssis: “Sabah” Moldova klubunu birmənalı şəkildə keçməlidir”


“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün üz-üzə gələcəyi Moldovanın “Petrokub” klubunu birmənalı şəkildə keçməlidir.

Bunu “Sizinxeber.az”a açıqlamasında PRO kateqoriyalı məşqçi Azər Bağırov deyib.

O, Azərbaycan komandasının rəqibindən qat-qat üstün olduğunu düşünür:

“Sabah” Moldova klubunu birmənalı şəkildə keçməlidir. Səviyyə fərqi çox böyükdür. “Şerif”in büdcəsini və keçdiyi yolu nəzərə almasaq, düşünürəm ki, “Sabah” Moldovanın qalan bütün klublarından həm səviyyə, həm də maliyyə baxımından qat-qat üstündür. Belə bir fərq olduğu halda bu gün qələbə qazanmayacaqlarsa, hansı oyunda nəticə əldə edəcəklər?"

Mütəxəssis səfərdə oynasa belə, “Sabah”ın növbəti mərhələyə keçməyə borclu olduğunu söyləyib:

“Düşünürəm ki, səfərdə oynamasına rəğmən, “Sabah” Moldova klubundan üstün olmalıdır. “Qarabağ” da səfərdə oynayırdı. Rəqibin azarkeşləri çox, istəyi böyük idi. Amma “Qarabağ” meydanda istədiyini etdi və qələbə qazandı. “Sabah” da eyni qaydada oynamalıdır və Moldova təmsilçisini keçməyə borcludur”.

Qeyd edək ki, “Petrokub” - “Sabah” matçı Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər

AFFA rəsmisi: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram"
NTD-nin baş məşqçisi: “Sabah”la matç bizim üçün böyük bir dərs olmalıdır"
"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib
"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq
Azərbaycan millisinin sabiq müdafiəçisi: “Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər