"Qarabağ"ın U-17 komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın U-17 komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub


"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası İsveçdə təşkil olunan “Gothia Puma Trophy”də çıxışını başa vurub.

"Sizinxeber.az" xəbər verir ki, Ağdam təmsilçisi B qrupunun pley-off mərhələsinin 1/4 finalında “Brommapoyrkarna”ya (İsveç) məğlub olub.

Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Beləliklə, "Qarabağ" turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Göteborq”la dueldən xalsız ayrılıb – 0:2.

Oxşar xəbərlər

"Qarabağ" rəsmisi: "Gothia Puma Trophy”də ən yaxşı qrup üçüncüsü kimi mübarizəni davam etdirəcəyik"
Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail" üzərində qələbə qazanıb
"Sabah" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər