Azərbaycan millisinin baş məşqçisi "Liverpul"un futbolçusunun ölümünə münasibət bildirib
Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqu Jotanın ölümünə münasibət bildirib.
"Report"un məlumatına görə, 70 yaşlı mütəxəssis bu barədə "A Bola" nəşrinə açıqlama verib.
O, həmyerlisini "əla insan" adlandırıb:
"Onun üçün çox dua edə bilərəm. Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. O, mən baş məşqçi olanda - 22 yaşında yığmada debüt edib. Dünyanın ən yaxşı oyunçusu Kriştianu Ronaldunun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Milli komandada oynamağa can atırdı. Zədəyə görə Qətərdəki dünya çempionatına gedə bilməmişdi. Hazırda mənim düşünəcəyim yeganə şey onun ailəsi, həyat yoldaşı və geridə qoyduğu üç övladıdır".
Qeyd edək ki, D.Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin "Liverpul"la İngiltərə çempionluğunu qazanıb. Hücumçu avtomobil qəzasında həyatını itirib.
Oxşar xəbərlər
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında vəfat edib
Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun baş məşqçisi postundan qovulub
Niderland millisinin sabiq futbolçusu "Liverpul"un məşqçilər korpusuna qoşulub
Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
"Liverpul" və "Tottenhem"in sabiq futbolçusu Macarıstan klubunun baş məşqçisi təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













