sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Zirə" braziliyalı futbolçusunu böyük məbləğdə cərimələyəcək
"Zirə"nin futbolçusu Rafael Utziq klub tərəfindən böyük məbləğdə cərimələnəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la keçirilən yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis düşərgədə yer almayan braziliyalı oyunçunu cərimələyəcəklərini söyləyib:
"Bildiyiniz kimi, futbolçunun bir illik müqaviləsi var. Buna baxmayaraq, o, düşərgədə yer almayıb. Utziq transferə çıxarılıb. Lakin o, yenidən heyətə qayıdacağı təqdirdə, cərimələnəcək. Bu barədə futbolçunun özünə məlumat verilib".
Qeyd edək ki, yoldaşlıq oyununda "Qarabağ"la üz-üzə gələn "Zirə" 0:4 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Zirə"nin futbolçusunu böyük cərimə gözləyir
"Zirə"nin futbolçusu zədə səbəbindən ilin sonunadək meydana çıxmayacaq
Rəşad Sadıqov: "Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil"
"Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub
"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













